Şəbnəm keçmişi ilə bağlı film çəkdirəcək

Müğənni Şəbnəm Tovuzlu özünü aktrisa kimi də sınmaq istəyir. SİA-nın məlumatına görə, ifaçı bu haqda danışaraq həyatını lentə aldırmaq istədiyini dilə gətirib: "Hər zaman fikrim olub ki, həyatımdan kino çəkdirim. Körpəlik illərində çəkdiyim əziyyətlərə ssenari hazırlanıb, kino çəkilsə tamaşaçılar tərəfindən maraqla baxılar. Hər kəsə də bəllidir ki, bir çox filmlər kiminsə həyatından götürülüb. Artıq bu haqda rejissorların birinə müraciət etməyi düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə