Türkiyəli aktyor Mesut Akustaya ağır itki üz verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyorun anası Sare Akusta dünyasını dəyişib. Soyuqdəyməyə görə xəstəxanada müalicə alan S.Akusta 84 yaşında vəfat edib.

Mərhumə Çamlık qəbirsanlığında torpağa tapşırılıb.

Anasını itirən aktyor bu sözləri dilə gətirib: "Anamın 84 yaşı var idi. Yaşının çox olmasına baxmayaraq anamın yoxluğu məni üzür. Valideyinimi itirdiyimə görə çox pis haldayam".

Mesut Akustanın anasının dəfnindən olan fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə