Bu dəfə "Eurovision"da o oxuyacaq VİDEO

Bu il "Eurovision 2019"da San-Marinonu təmsil edəcək ifaçının da artıq adı açıqlanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu, türkiyəli müğənni Serhatdır. Artıq məşqlərə başlayan sənətçi mətbuat konfransı da keçirib. O, həm San-Marino, həm də Türkiyə üçün əlindən gələni edəcəyini deyib.

Qeyd edək ki, Serhat ikinci dəfədir San-Marinonu "Eurovision"da təmsil edir. O, 2016-cı ildə də müsabiqəyə qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə