Zöhrə Abdullayeva: "Yaşamaq istəmirəm" FOTO

Əməkdar artist Zöhrə Abdullayeva verilişlərin birinə zəng vurub. SİA-nın məlumatına görə, oğlu dünyasını dəyişdikdən sonra sənətdən uzaqlaşan ifaçı mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ailəsinə dəstək istəyib.

Z.Abdullayeva daha sonra özündən danışaraq, səhhətində problem olduğunu deyib: "Yaşamaq istəmirəm, amma boğulub ölmək istəmirəm. Boğuluram. Həkim istəyirəm mənə baxsın".

Müğənni Roza Zərgərli bu yaxınlarda Z.Abdullayevanı hava limanında gördüyünü deyib: "Bir qadın gördüm, ağappaq qar. Elə sakit yeriyirdi ki, heç kim onu tanımasın. Mən də yaxınlaşmadım ki, narahat olmasın".

Xatırladaq ki, Zöhrə Abdullayevanın yeganə övladı – 47 yaşlı İsrafil Abdullayev 24 may 2018-ci ildə vəfat edib. O, beyin xərçəngindən əziyyət çəkirdi. İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb. İki övlad atası idi. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.

Bütün xəbərlər Facebook səhifəmizdə