Küsülü olan əməkdar artist Röya Ayxan və müğənni Nigar Camal məclislərin birində bir araya gəlib. SİA-nın məlumatına görə, bu haqda prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda danışaraq, məşhur xanımların barışdığını bildirib: "Röya və Nigar məclislərin birində bir araya gəlib. Həmin tədbirdə Zülfiyyə Xanbabayeva, Miri Yusif də var idi. Nigar məclisə Röyadan öncə gəlmişdi. Daha sonra Röya gəldi, Nigar onu görüb sıxıldı. Efirdə şirə dönüb danışmağına baxmayın. Röya isə heç kimin gözləmədiyi bir hərəkət etdi. O, Nigarı qucaqlayıb öpdü”.

Qeyd edək ki, hər iki məşhur “Altın kelebek” mükafatlandırma gecəsinə qatılmışdı. Həmin an Nigar Röya ilə birlikdə müsahibə vermək istəməyib. Onlar arasındakı qalmaqal da bundan sonra başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə