Musa küsülü olduğu anası üçün ağladı VİDEO

Müğənni Musa Musayev verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı anası və qardaşlarından danışaraq ağlayıb: "Küsülülük ailədə öz aramızda olan söz-söhbətdir. Anama, əmim Niyaməddinə, qardaşlarıma, balalarına canım qurban".

Qeyd edək ki, M.Musayev illər öncə anası və digər böyüklərinin razılığı olmadan Təranə Qumralla ailə qurduğu üçün qohumları ondan üz çevirib. Sənətçinin anası Gülbikə xanım müsahibələrinin birində Musa haqda bunları deyib: "Dörd oğlum var idi, biri rəhmətə getdi. Birini də oğulluqdan çıxardıb verdim Təranə Qumrala. Qızım olmayıb. Özümün də yetmiş iki yaşım var. Üç övladımdan razıyam, bir Musadan narazıyam. 18 ildir narazılıq qəlbimi para-para edir. Musa on səkkiz ildir mənimlə əlaqə saxlamayıb. Bir-iki dəfə onun, bunun telefonu ilə zəng eləmişəm, onda da götürməyib. Sadəcə, istəmişəm ki, öyrənim sağdı, yoxsa ölüb. Bir də oğlum rəhmətə gedəndə gəlib. Belə heç vaxt əlaqəm olmayıb. Hamı bilsin, Təranə Musanın ailəsini dağıtdı, Özü də əri ola-ola".

Bütün xəbərlər Facebook səhifəmizdə