Arda Turanın xanımı: "Dediyim hər şeyi etdim" FOTO

Arda Turanın xanımı Aslıhan Doğan Turan maraqlı addım atıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddət öncə ərinin doğum gününü qoluna döymə etdirən Aslıhan bu dəfə oğlu Hamza Ardanın anadan olduğu günün tarixini bədəninə tatu etdirib.

Aslıhan Doğan həmin anın şəklini çəkərək sosial mediada yayımlayıb. O, fotoya bu sözləri yazıb: "Çox şükür dediyimiz hər şeyi etdik".

Bütün xəbərlər Facebook səhifəmizdə