Boşandığı deyilən Serdarın xanımı ilə yeni FOTOSU

Uzun müddətdir ki, boşandıqları deyilən müğənni Serdar Ortaçla xanımı Chloe Ortaç aylar sonra parkda jurnalistlərin fotokameralarına tuş gəliblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük həmin iddiaların əksinə kameralara xoşbəxt olduqlarını nümayiş etdiriblər.

İfaçı jurnalistlərin suallarını cavablandıraraq bütün söz-söhbətə son qoyub: "Gördüyünüz kimi xoşbəxtik və boşanmamışıq. Bəziləri beyinlərində ssenari yazaraq, öz uydurduqlarına inanırlar".

Türkiyəyə yeni qayıdan Chloe Ortaç da məsələ ilə bağlı fikirlərini bildirib: "Deyilənlərə görə Serdar mənə pul vermir. Mən də buna görə xarici ölkəyə gedib, işləyirəm. Bütün bu deyilənlər yalandır. Çünki mən xarici ölkəyə anamgili ziyarət etmək üçün getmişəm. Bildiyiniz kimi, avtomobil qəzası keçirmişdim. Həmin hadisədən sonra işləmədim və evdə oturdum".

Sənətçi xanımın sözlərinə dəstək olaraq bunları da əlavə edib: "Chloe ilə qazandığımız pullar hər zaman bir yerdə olub. Yəni pul kisəmiz eynidir".

Bütün xəbərlər Facebook səhifəmizdə