Teymur Mustafayevi ələ saldılar VİDEO

Xalq artisti Teymur Mustafayev (Teymur əmi) verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, proqramda gərgin anlar yaşanıb.

Belə ki, proqrama tez-tez dəvət edilən parodiyaçı Aşıq Muşqulat və Divir (Çingiz Mütəllimov və Elnur Mahmudov - red.) studiyaya gəlib.

Onlar efirdə Teymur əmiyə söz ataraq oxumağa başlayıblar. Onların muğam ifaçısının bir dəfə efirdə "jim" etməsini ələ salması onun xoşuna gəlməyib. Parodiyaçılar "Jim eləsin Teymur əmi" oxumağa başlayıblar. Daha sonra isə Divir studiyada "jim" edib və T.Mustafayevi də ona qoşulmağa dəvət edib. İfaçı isə ona reaksiya verməməyə çalışıb.

Yenidən oxumağa başlayan parodiyaçıların mikrofununu bağlayıblar. Teymur əmi isə əsəbiləşərək onlarla mübahisə edib.

Aparıcı Zaur Kamal isə parodiyaçıları efirdən qovub və "Bir də onları efirə buraxmayın" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə