Şəbnəmdən 2019-cu ilin ilk yeniliyi AÇIQLAMA-VİDEO

Müğənni Şəbnəm Əsədova yaradıcılığında yenilik edib. SİA açıqlama verən ifaçı repertuarını təzələdiyini bildirib: "2019-cu ilin ilk yeniliyini etdim. Belə ki, yeni mahnı üzərində çalışırdım. Artıq bəstə hazırdır. Mahnı "Darıxıram" adlanır. Bəstənin sözləri Vüsal İbrahimova, musiqisi Ruslan Səfəroğluna aiddir. Mahnının üzərində əziyyəti olan hər kəsə təşəkkür edirəm. Çox gözəl bəstədir. Ümid edirəm ki, hər kəs mahnını bəyənəcək və dillər əzbəri olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə