Sevinc Tofiqqızının “Mübariz” mahnısı TERT TV-də yayımlandı VİDEO-FOTO

Bəstəkar Sevinc Tofiqqızı Azərbaycanın fəxri, qüruru, tarixinin yaddaşına silinməz qələmlə adı həkk edilmiş Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında “Mübariz” adlı mahnı bəstələyib. SİA-nın məlumatına görə, bəstəkarın özünün də iştirak etdiyi klip xarici ölkələrdə, o cümlədən İrak dövlətində TERT Televiziyasında yayımlanıb.

Sevinc Tofiqqızı açıqlamasında bildirib ki, bu mahnının onun üçün xüsusi özəlliyi var: “Bütün dünya ölkələri bilsinlər ki, Azərbaycan yenilməz dövlətdir. Qəhrəmanlarımızın şücaətini tərənnüm edən genişhəcmli əsərlər yazılmalı, ölkədən kənarda təbliğ edilməlidir. Mübariz İbrahimov kimi qəhrəmanlarımız gənclərimizə təbliğ olunmalıdır. Mən də bir bəstəkar olaraq bunun tətbiqinə çalışıram. Nur içində yat şəhidim. Ruhun qarşında bas əyirəm! Mahnını yayımladıqları üçün TERT Tv-nin əməkdaşlarına və rəhbərliyinə təşəkkür edirəm”.

Qeyd edək ki, musiqisi Sevinc Tofiqqızına aid olan “Mübariz” mahnısının sözləri Baba Vəziroğluna məxsusdur. Mahnını azyaşlı ifaçı Mehdi Həsənov ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə