Müşviq: "Anam Türkiyədə əməliyyat olunacaq"

Aktyor Müşviq Şahverdiyevin anası Türkiyədə əməliyyat olunacaq. SİA-nın məlumatına görə, bu haqda aktyorun özü xəbər verib: "Rəbbim bütün anaları qorusun. Bu insan mənim Müşviq olmağımın səbəbkarıdır. Məni ayaq üstə saxlayır, tək varlığımdır. Yeməyib-içməyib məni oxutdurub, əlim çörəyə çatan günə qədər dayaq olub. Övladları üçün əziyyət çəkən canım anam. Anam Ankarada əməliyyat olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə