Elnur əsgərlərin qarşısında çıxış etdi FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram konserti keçirilib. SİA-nın məlumatına görə, müğənni Elnur Məmmədov şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Onun vətənpərvərlik ruhunda olan ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb. Həmçinin rəqs kollektivlərinin rəngarəng ifaları maraqla qarşılanıb.

Sonda hərbi hissənin rəhbərliyi keçirilən tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə