Könül Kərimova: "Oğluma müğənni qız almaram” FOTO

Əməkdar artist Könül Kərimova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı həmkarı Elnarə Abdullayevanın “Oğluma müğənni qız almaram” sözlərinə dəstək olduğunu bildirib: "Elnarənin “Oğluma müğənni qız almaram” sözlərinə birinci dəstək verən mən olmuşan. Bir oğlum var. Mən də ona heç vaxt müğənni qız almaram. Çünki istəyirəm ki, gəlinim evdə olsun. Onun qulluğun görüm. Mənim 5 oğlum yoxdur ki, birinə müğənni, birinə həkim alım. Həm də istəyirəm gəlinim gözəl, ağıllı olsun. Düzdür, hər şey qismətdir. Ola da bilər, bunu faciə kimi qəbul etmirəm, amma düzü, istəmərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə