"Maşın" şounun iştirakçıları niyə ağladılar? VİDEO

"Maşın" realiti-şousunda iştirakçılar arasında sorğu keçirilib. Onlara oyunun yayıma başladığı 15 il əvvəl harda olduqları və nə etdikləri soruşulub. SİA-nın məlumatına görə, iştirakçılar cavab verərkən kövrək anlar yaşayıblar.

Müğənni Mina Hüseyn: "Televizorda müğənnilərə baxırdım və səhnənin xəyalını qururdum. Bu günlərə çox əziyyətlə gəlmişəm (ağlayır)".

Aparıcı Xəyalə Quliyeva: "15 il əvvəl "Çəkiram haa" verilişini hazırlayırdım".

Aktyor Allahverdi Yolçuyev: "Ən sevindiyim il olub. 15 il əvvəl ilk nəvəm dünyaya gəlib”.

Şairə Nazilə Səfərli: "Həyat yoldaşımın maaşının azlığı işə başlamağa vadar etdi. Qonşudakı gəlinlərin "bir şirvan"a qaşlarını alırdım. Onunla uşaqlarımızı böyüdürdük (ağlayır)".

Bütün xəbərlər Facebook səhifəmizdə