Aparıcı Elçin Əlibəyli şou-biznes nümayəndələrini təhqir edib. SİA-nın məlumatına görə, o, bu sözləri deyib: "Sırtılıb... Bu sözü heç kim demədi. Toylarda o qədər üz görüblər. İçkili vəziyyətdə sifarişlər, kiminsə sponsorluğu naminə nə oyunlardan çıxıblar, sırtılıblar. Onların zərrə qədər hörməti yoxdur. Hörməti olan şou-biznes nümayəndəsi var. Onlar sənət adamlarıdır, onlara heç kim heç nə demir. Şou-biznesdə sırtılanları siz yaxşı bilirsiniz. Onları sırtıldan da bizik. Toyda özümüzü idarə edə bilmirik. Toyda vəhşiləşirik, quduzlaşırıq. Ona görə də konsert vermir ey, dombalaq aşsın mənə maraqlı deyil. Müğənniləri sırtıldan biz özümüzük".
Bütün xəbərlər Facebook səhifəmizdə