Lətafətdən Elçinə sillə kimi cavab AÇIQLAMA

Xəbər verdiyimiz kimi, aparıcı Elçin Əlibəyli müğənniləri təhqir edib. Aparıcı proqramda onları "yıxıb-sürüyüb". E.Əlibəylinin sözləri aparıcı Lətafət Ələkbərovanı özündən çıxarıb.

Aparıcı bu haqda SİA açıqlama verib: "Mən qalmaqal etməyi sevmirəm. Çünki bu cür reklama ehtiyyacım yoxdur. Sadəcə olaraq Elçin Əlibəylinin proqramında sənətçilər haqqında dediyi sözlər məni əsəbləşdirdi. Birincisi Elçinin dediyi "sırtılıb" kəlməsi efir sözü deyil. İkincisi "o qədər üzlər görüblər" dedikləriniz ifaçılar Azərbaycan xalqının nümayəndəsidir. İllərdir toylarda parıcılıq edirəm və demək olar ki, heç bir müğənnidən özümə qarşı hörmətsizlik görməmişəm. Toy dediyinizdə ailə məclisidir. Doğrudur, el şənliklərində içkili insanlar olur. Həmin şəxsi də toy yiyəsi sakitləşdirib, evə yola salır. Üçüncüsü də hansısa məşhuru toya dəvət edirlərsə, o sənətçiyə olan sevgi və tələbatdan irəli gəlir. Elçin Əlibəyli nə qədərə aqressiv və yalan danışır".

Qeyd edək ki, E.Əlibəyli şou-biznes nümayəndələri haqda bu sözləri demişdi: "Sırtılıb... Bu sözü heç kim demədi. Toylarda o qədər üz görüblər. İçkili vəziyyətdə sifarişlər, kiminsə sponsorluğu naminə nə oyunlardan çıxıblar, sırtılıblar. Onların zərrə qədər hörməti yoxdur. Hörməti olan şou-biznes nümayəndəsi var. Onlar sənət adamlarıdır, onlara heç kim heç nə demir. Şou-biznesdə sırtılanları siz yaxşı bilirsiniz. Onları sırtıldan da bizik. Toyda özümüzü idarə edə bilmirik. Toyda vəhşiləşirik, quduzlaşırıq. Ona görə də konsert vermir ey, dombalaq aşsın mənə maraqlı deyil. Müğənniləri sırtıldan biz özümüzük".

Bütün xəbərlər Facebook səhifəmizdə