"Maşın şou"da qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, Sərxan Kərəmoğlu müğənni Samir Cavadzadə ilə söz savaşına çıxıb.

Belə ki, Samir verilişin aparıcısı, xalq artisti Murad Dadaşovun səsverməyə Mina Hüseynin çıxması ilə bağlı verdiyi suala "Mənim heç nədən xəbərim yoxdur. Bu, mənim oyunum deyil", deməsi Sərxanı özündən çıxarıb.

O, Samiri ilan adlandırıb: "Samir ilandır, zəhəri də təpəsində".

Cavadzadə Kərəmoğlunun sözlərinə heç bir cavab verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə