"Maşın şou"nun növbəti buraxılışı yayımlanıb. SİA-nın məlumatına görə, bu dəfə səsverməyə verilişdə ilk dəfə iştirak edən müğənni Mina Hüseyn çıxıb.

O, əvvəlcə özünü sınamaq üçün səsverməyə çıxdığını desə də, sonradan proqramdan Taleh Yuzbəyovu çıxaracağını söyləyib.

Sonda ifaçı 52,01 faiz səslə qalib olub, amma sözünün üstə durmayaraq şoudan özü gedib.

Qeyd edək ki, hazırda şouda mübarizəni şairə Nazilə Səfərli, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Nərgiz Əliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şərifov, Taleh Yüzbəyov davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə