Oktay "Maşın" şouda Sərxanı vurmaq istəyib? VİDEO

Ötən gün "Maşın" şouda tamaşaçı qismində iştirak edənlər arasında meyxanaçı Oktay Kamil də yer alıb. SİA-nın məlumatına görə, bir neçə gün əvvəl aparıcı Sərxan Kərəmoğlunun səs toplayaraq, oyundan uzaqlaşdırdığı ifaçı hər kəsi həyəcanlandırıb. Oktay aparıcı, xalq artisti Murad Dadaşovdan icazə alaraq Sərxana yaxınlaşıb. Şoumen isə meyxanaçını tək qoymayıb, hətta onun qolundan da tutub.

Oktay cibindən məktub çıxararaq, Sərxana uzadıb və sosial şəbəkədə ona yazdığı təhqirlərə orada cavab verdiyini bildirib. Sərxan isə meyxanaçının məktubunu qəbul etməyib. Dadaşov kağızı götürərək, onu oxuyub, sonra təqdim edəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə