Röya ilə "Fəlakət" küsülülüyə son qoydu FOTO

Əməkdar artist Röya Ayxanla "Fəlakət" obrazı ilə məşhurluq qazanan aktyor Elşən Orucov barışıb. SİA-nın məlumatına görə, onların birlikdə çəkdirdiyi şəkil "İnstagram" səhifələrində paylaşıblar. Elşən sosial şəbəkədə yayımladığı fotoya bu sözləri yazıb: "Başqa nə var, nə yox".

Qeyd edək ki, bir vaxtlar yaxın dost olan Röya və Elşən uzun müddət küsülü idilər. Röya hətta aktyorun toyuna da getməyib.

Röya aktyorla küsülü zamanı bu sözləri demişdi: "Elşənlə danışmırdım. Dedim ki, konsertimdə olmasan, səni səhnədən qovacam”.

Bütün xəbərlər Facebook səhifəmizdə