Sevil və Sevinc: "Brilliant Dadaşova şəxsiyyət vəsiqəsində yaşını azaldıb" VİDEO

"Onlarla 3 dəqiqə" rubrikasının qonağı əkizlər Sevil və Sevinc Səfərova olub. SİA-nın məlumatına görə, bacılar aparıcının 33 sualını cavablandırıblar. Onlar "Hansı güclüdür, ilk, yoxsa son məhəbbət? Hansı həmkarın haqda şayiə buraxmısan? Borc alıb, qaytarmadığın olub?" suallarına belə cavab veriblər:

"Etmişik reytinqə görə. Qanunu dəfələrlə pozmuşuq. O qədər borc alıb, qaytarmamışıq. Cavabsız sevgimiz də çox olub. Xatirə İslamdan üzr də istəmişik. Sevgilimiz bizi səhv salıb".

"Şou-biznesin hansı üzvü yaşını azaldıb" sualına isə müğənnilər "Brilliant Dadaşova şəxsiyyət vəsiqəsində yaşını azaldıb" cavabını veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə