Rejissor ölən xanımı haqda: "Mədəkiçiltmə əməliyyatı etdirəcəkdi" VİDEO+FOTO

Rejissor Nail Naiboğlu verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, bir il öncə vəfat edən həyat yoldaşından danışıb: "Bir günün içində həyat yoldaşımımı itirdim. Axşam montajda idim. Oğlum zəng etdi ki, ata, evə gəl, anamın halı yaxşı deyil. Gəlib, gördüm ki, özündə deyil, dodaqları qaralıb. Soruşdum nə olub? Dedi ki, elə bil məni boğurlar. Oturdum yanında, aparıcı İlahə Nizamiqızına yazdım ki, Güləri itirsəm mənə çox çətin olar.

Heç bir xəstəliyi yox idi. Bir az artıq çəkisi var idi. Mədəkiçiltmə əməliyyatı etdirəcəkdi. Dişlərinin müalicəsi gedirdi, onu gözləyirdik. Amma müalicə bitmədən dünyasını dəyişdi. Öləndə dişlərini də yanında basdırdıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə