Sərxandan Oktaya: "Səninkimilər tərbiyəsizliyə qulluq edir"

"Maşın" şouda meyxanaçı Oktay Kamillə qalmaqal yaşayan aparıcı Sərxan Kərəmoğlu "İnstagram" səhifəsində onu "yıxıb-sürüyüb". SİA-nın məlumatına görə, aparıcı bu sözləri yazıb: "Oktay müsahibə verib. Sən heç kişiliyin nə olduğunu bilirsən, ay nadan? Sənin kimilər kişiliyi narkoman olmaqda və ona-buna söz atmaqda görürsə, demək kişilik deyil. O kişilik səndə qalsın. Sərxan kimisinə o kişilik lazım deyil. Səninkimilər mədəniyyətə yox, tərbiyəsizliyə qulluq edir. Sərxan çıxar və sənə göstərər kişilik necə olur.

Kişi yalan danışmaz, sən yalan danışdın və dığırlana-dığırlana getdin. Səninlər yazdığın təhqirlərə görə məhkəmədə görüşərik. Sən, Sərxanın atılan dırnağı ola bilməzsən".

Bütün xəbərlər Facebook səhifəmizdə