Aysel üçün maşın əldən getdi FOTO

"Maşın şou"nun yeni buraxılışı baş tutub. SİA-nın məlumatına görə, bu dəfə səsverməyə aktrisa Aysel Nazim çıxıb. O, verilişin əvvəlində heç kimin adını çəkməsə də, sonradan proqramdan reper Ramin Naranı çıxaracağını söyləyib.

Sonda Aysel 37,81 faiz səslə özü "Maşın"ı tərk etməli olub.

Qeyd edək ki, hazırda şouda mübarizəni şairə Nazilə Səfərli, müğənni Mina Hüseyn, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Nərgiz Əliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şərifov, Taleh Yüzbəyov davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə