"Şou-biznesdə ilk saqqallı müğənni mən olmuşam" VİDEO

Müğənni Kərim Abbasov yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib. SİA-nın məlumatına görə, sənətçi verilişlərin birində bildirib ki, şou-biznesdə saqqalı o, dəb salıb. Kərim "Saqqalın Niyam Salamininkinə oxşayır" sualına əsəbiləşib: "Azərbaycan şou-biznesində ilk saqqallı müğənni mən olmuşam. Saqqalı mən gətirmişəm. Niyam Salami dostumdur, amma reallıq var. Əvvəl efirə saqqalla çıxmaq qəbul edilmirdi. Evdə nə qədər atamla davam olurdu. Deyirdi, get saqqalını qırx. Deyirdim, axı mənə yaraşmır".

Bütün xəbərlər Facebook səhifəmizdə