Əkiz anası olan müğənni Rəqsanə İsmayılova uşaqları dünyaya gəldikdən sonra ilk dəfə onlarla bağlı paylaşıb edib. SİA-nın məlumatına görə, sənətçi "İnstagram" səhifəsində övladlarının üzünü gizlədib, onların əllərini və ayaqlarını göstərib.

Qeyd edək ki, Rəqsanə əkizlərini yeddinci ayında dünyaya gətirib. İfaçı qızına Mehrimah, oğluna isə Məhəmməd adını qoyub. İfaçı oğlunun hələ də xəstəxanada saxlanıldığını, qızının isə evə buraxıldığını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə