Səidə ərə getmədən ana olan məşhurları rüsvay etdi

Müğənni Səidə Sultan verilişlərin birində şou-biznesdə ərə getmədən uşaq dünyaya gətirən məşhurları rüsvay edib. SİA-nın məlumatına görə, ifaçı bəzi qadın həmkarlarını "yıxıb-sürüyüb": "Uşağım olsun deyə doğum, belə olmaz axı. Uşağı doğanda onu, atasını fikirləşmək lazımdır. Yoxsa uşaq sınıq böyüyür. Bizdə də bu dəb halını alıb: "Ürəyim istəyir, doğuram". Ola bilər ki, mənim də həyatımda sevdiyim insan olsun, bundan sonra toy edəsi deyiləm ki. Amma aramızda nikah olmalıdır. Ailəmiz bilməlidir. Bu başqa bir şeydir. Uşaq halallıqla olsa, daha gözəl olar. Mənim üçün ilk növbədə Allahın kəbinidir. Mənim heç kimin həyatına qarışmağa ixtiyarım yoxdur. Ərə ər kimi hörmət etmək lazımdır. Ərə zontik kimi baxmaq lazım deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə