Murad Dadaşov: ""Maşın şou"da güclü insan belə dovşan kimi qorxaq olur"

Xalq artisti Murad Dadaşov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, bu gün başlayacaq "Maşın" realiti-şousundan danışaraq, oyunu bu dəfə "Hind kinosu" sloqanı ilə yayımlanmasının səbəbini açıqlayıb: "Həyatımız başdan ayağa hind kinosudur. Kimsə kimisə axtarır. Hind rejissorlar bu həyatın təməlini kinolarda qurublar. "Maşın" şouda baş verən hadisələrdən bizim sabahımız, dünənimiz asılı deyil. Baxırıq, özümüzə müəyyən ölçü götürür, kimisə tanıyırıq. Amma sosial layihələrdə olanlar həyatımıza təsir edir.

İnsanlar arasındakı münasibəti yaxından tanımaq istəyirsizsə, belə layihələrə baxın. Biz xəyalını qurduqlarımızın göstəricisi bu cür layihələrdir.

İlk növbədə hamımız dostuq. Onlar hamısı mənim dəvətimlə gəlirlər. Evimin, ocağımın qonaqlarıdırlar. Olanlar isə hamısı həyatdan götürülüb.

Maşın ətrafında hər şey ədalətlidir. Orada qaydalar var, Murad Dadaşov başda olmaqla onu heç kim poza bilməz. Burada ən güclü insan belə dovşan kimi qorxaq ola bilər. Qorxaq isə qəhrəmana çevrilə bilər. Burada 9 kişi, 9 qadın olacaq. Bəziləri artıq şouda olub, bəziləri isə simasını göstərəcək".

M.Dadaşov ötən oyunun qalibi Roza Zərgərlinin avtomobili ilə bağlı sualları cavablandırıb. O deyib ki, bu buraxılışda maşının aqibəti bəlli olacaq.

Qeyd edək ki, 18 iştirakçı sabah "Maşın" ətrafına yığışacaq. Onlar arasında Səmra Rəhimli, Sərxan Kərəmoğlu, Rühəngiz Allahverdiyeva, Nazilə Səfərli, Ramil Nabran, Taleh Yüzbəyov, Mina Hüseyn kimi məşhurlar yer alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə