Müğənni Nadir Qafarzadə başına gələn xoşagəlməz hadisədən danışıb. SİA-nın məlumatına görə, ifaçı evindən oğurluq edildiyini bildirib: "İl yarım öncə çox pis hadisə ilə qarşılaşdım. Belə ki, mənzilimdən 50 min dollar pul oğurlandı. Halal pul idi. Dəli olmamağım üçün xanımım mənə dəstək oldu və bildirdi ki, ailə üzvlərimizə nəsə olacaqmış, olmadı. Ona görə Allaha şükür edirəm ki, həyat yoldaşıma, övladlarıma, özümə heç nə olmayıb. Sağlamıq və yaşayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə