Müğənni Gülay Zeynallı xanımlara məsləhət verib. SİA-nın məlumatına görə, ifaçı bunları deyib: "Xanımlarımıza məsləhət görərdim ki, ürəklə yox, ağılla sevsinlər. Çünki ürəklə sevən xanım sonra bunun peşmançılığını çəkir. Sevdiyin bəyin qəlbi qırılanda xanımdan elə ayrılıb gedər ki, qadın anlaya bilməz ki, dünənə kimi sevdiyi şəxs onun həyatında olub. Bütün xanımlar bəy tərəfdən xoş sözləri, diqqəti gözləyir. Amma bəzən əksinə olur. Fikrimcə, qadınla bəy ayrılanda ən çox əziyyət çəkən xanım olur".
Bütün xəbərlər Facebook səhifəmizdə