"Anamla bacım xərçəngdən dünyasını dəyişdi" VİDEO

Xərçəngdən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aparıcı bildirib ki, anası və bacısı da xərçəngdən dünyasını dəyişib: "Xəstəliyimin 9-cu ayında idim. Oğlum gəldi oturdu yanımda, mədəmi sığalladı. Dedi ki, mən burada cəmi 9 ay qalımışam. Sən 9 aydan çox qalsan, səni öldürəcəm.

İçimdə onların qisas hissi var idi. O xəstəlik anamı və bacımı apardı. Bacımı çox cavan itirdim. O həmin xəstəliklə mübarizə apara bilmədi. Ölümün gözünün içinə baxdı. Bəlkə də içimdə o qisas var idi. Eşidən kimi dedim ki, mən ondan qisas alacam. Əsas odur ki, bitdi, hər şey geridə qaldı. Hər gün yüzlərlə, minlərlə dua gəldi.

Bədxassəli şişə "yox" dedik. O müharibədə mənim orqanlarım iştirak etdi. Hamısı yaralanıb. Bütün orqanlarımda kimyaterapiyanın zədələri var".

Bütün xəbərlər Facebook səhifəmizdə