Tahir İmanov: "“Bu şəhərdə”də ciddi satira və tənqid yoxdur"

“Planet Parni İz Baku” komandasının bədii rəhbəri Tahir İmanov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, İmanov proqramda “Bu şəhərdə” komandası haqda danışıb: “Öncə onu deyim ki, Rafael İsgəndərov müasir dövrün ən istedadlı komiklərindəndir. “Bu şəhərdə”nin konsertləri müəyyən çərçivədədir. Onların konsertlərində ciddi satira və tənqid yoxdur. Çox gülməli və məzəli səhnəciklər nümayiş etdirirlər. Satiraları iti deyil. Bu onların seçimidir və hörmətlə yanaşıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə