Niyam: “Bədbəxt ailə başçısı idim” VİDEO

Müğənni Niyam Salami verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, müğənni keçmiş ailə həyatından danışıb: “Mən bədbəxt ailə başçısı idim. Evli olmuşam. 7 yaşında oğlum var, məktəbə gedir. Bundan sonrakı ömrümü ailəmə, bacılarıma, öz nəslimə həsr etmişəm. Nəslim korluq çəkməsin. Suraxanıda qəşəng ev tikmişəm, yuvam var, içində yumurta da var, balası da çıxıb. Hər şey etdim. Bircə anam xəstə olmasın. Ona bir şey olmasın. Səhnəyə çıxıb oxuyanda ilk olaraq özümü düşünürəm. Çünki sənət adamaları natamam olur”.

Bütün xəbərlər Facebook səhifəmizdə