Aygün: "Bu uğur hamımızındır" FOTOLAR

Xəbər verdiyimiz kimi, "Altın kelebek" mükafatlandırma mərasimində xalq artisti Aygün Kazımova “Azərbaycanda ilin qadın müğənnisi” mükafatına layiq görülüb. SİA-nın məlumatına görə, Azərbaycanı təmsil edən sənətçi gecədə iki geyimdə olub. İlk olaraq qırmızı xalçaya çıxan Kazımova gümüşü rəngli kostyum geyinib. Rüfət İsmayılın kolleksiyasından olan geyimi müğənni qara kəmər, və transparan kofta ilə tamamlayıb. Aygün saçına isə qara aksesuar taxıb.

Daha sonra mükafatını almaq üçün səhnəyə çıxan ifaçı qara transparan paltar geyinib. Sözügedən libas da Rüfətin kolleksiyasındandır. Üzəri muncuqlarla bəzədilən paltar qısa və bir az qapalı olub. Kazımova libası qara uzun çəkmə ilə tamamlayıb.

A.Kazımova sosial şəbəkədə paylaşım edərək, bu sözləri yazıb: "Bu uğur hamımızındır".

Qeyd edək ki, mükafata nazimədlər arasında Kazımova ilə yanaşı müğənnilər Roza Zərgərli, Dilarə Kazımova, Günay İbrahimli, Aysel Əlizadə, Xatirə İslam, Səmra Rəhimli yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə