Elza Nazpəriyə görə verilişə gəlmədi VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva ötən həftə tərk etdiyi “Səs Azərbaycan” layihəsinə geri qayıdıb. SİA-nın məlumatına görə, əməkdar artist Elza Seyidcahanla söz savaşına çıxan müğənni münsif kürsüsündə yenidən oturub.

Dostəliyeva proqram zamanı yaşanan qalmaqaldan söz açıb: “Hər şey hər zamankı kimi yaxşı olacaq. Keçən verilişdə bir hadisə baş verdi, buna qayıtmaq istəmirəm. Amma bir şeyi vurğulayım ki, canlı yayımda dözülməz bir hal oldu. Buna görə də, verilişi tərk etdim. Tamaşaçılardan buna görə üzr istəyirəm. Bəzi yazıq və düşüncəsizlər başqa fikirlər irəli sürürlər. Amma xalq hər şeyi çox gözəl bilir. Allahın yaratdığı sənətkara elə xəzinə verir ki, ona nə sponsor, nə də başqa bir şey lazım olur. Gənclərə irad bildirməliyik. Amma dözülməz təhqirlər, onları ruhdan salmaq və məhv etmək olmaz”.

Nazpəri geri qayıtsa da, Elza Seyidcahan proqramda yer almayıb. Onun işləri ilə bağlı bir həftə olmayacağı, gələn proqramlardan yenidən münsif kürsüsündə oturacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə