"Maşın" realiti-şousunda iştirak edəcək müğənninin adı bəlli oldu FOTO

Xalq artisti Murad Dadaşovun "Maşın" şousunun 17-ci buraxılışında olacaq daha bir iştirakçısının adı bəlli olub. SİA-nın məlumatına görə, reper Ramil Nabran da oyunda yer alacaq 18 iştirakçılardan biridir. Bu haqda müğənni Xatun Əliyeva "Zaurla Günaydın verilişində deyib.

Qeyd edək ki, bundan əvvəl şouya qatılacaq iştirakçılardan şairə Nazilə Səfərli, müğənni Mina Hüseyn, aparıcı Firuzə Cəlilova (Fira), əməkdar artist Rühəngiz Allahverdiyeva, aktyor Taleh Yüzbəyov, meyxanaçı Ələkbər Yasamallının adı mediada açıqlanmışdı.

Qeyd edək ki, "Maşın" realiti-şousu dekabrın 13-də yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə