Beyons libasına görə lağa qoyuldu FOTOLAR

Müğənni Beyons "Global Citizen Festival: Mandela 100" adlı musiqi festivalında səhnə alıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ifaçı səhnədə Ed Şiranla duet oxuyub. Beyonsun geyindiyi geyim isə sosial mediada lağa qoyulub.

Belə ki, çəhrayı libasda olan sənətçini sosial şəbəkə istifadəçilərinin bəzisi moruğa, bəzisi isə tovuz quşuna bənzədib.

Bütün xəbərlər Facebook səhifəmizdə