İşdən çıxarılan Azər ATV-yə hörmətsizlik etdi FOTO

Aparıcı Azər Zahid "instagram" səhifəsində səs-küyə səbəb olacaq foto paylaşıb. SİA-nın məlumatına görə, aparıcı avtomobildə çəkdirdiyə şəkilə ayağının altına ATV-nin loqosunu qoyub. O, fotoya bu sözləri yazıb: "Biz dünyaya qışqıraraq gəlirik, səs-küylə ölürük. Həyatda yaşadığımız zaman nə etməliyik? Əlbəttə ki, deyib-gülmək, keyf etməliyik".

Onun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb, hörmətsizlik kimi qəbul edilib. Eyni zamanda aparıcı uzun müddətdir sözügedən kanalda işdən çıxarılsa da, hələ də avtomobilində ATV-nin loqosunu gəzdirir.

Qeyd edək ki, Azər "Yoxlama" verilişində yaşanan qalmaqallara görə kanaldan uzaqlaşdırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə