"Natavanın çörəyinə bais olurdum"

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) müğənni Natavan Həbibi ilə bağlı heç kimin gözləmədiyi etirafı edib. SİA-nın məlumatına görə, prodüser idarə etdiyi proqramında bildirib ki, ifaçı ilə küsülü olduqları vaxtlar onu toylardan uzaqlaşdırıb: "Natavanla dava edəndə təşkil etdiyim toylarda onu görmək istəmirdim, uzaqlaşdırırdım. Bunu Natavanın özü də bilir. Bir dəfə elə oldu ki, Natavan toya gəldi, Afaq Gəncəli orada idi. Natavanla Afaq danışmırdı. Afaq da aparıcılıq edirdi. Mən toydakı bütün ansamblımı ayağa durğuzdum. Natavan da zala mahnı ilə girdi. Bunu o, özü də bilirdi. İndi amma heç kimin çörəyinə bais olmuram".

Bütün xəbərlər Facebook səhifəmizdə