Bir müddət əvvəl "Xəzər" telekanalında radio direktoru təyin edilən aparıcı Səxavət Nur işdən çıxıb. SİA-nın məlumatına görə, bu haqda aparıcının özü məlumat verib: "Radioların yeni rəhbəri Zaur Kamal, təbrik edirəm. İllər əvvəl birgə işə başladığımız radio yaxşı əllərdədir. Buna sevinirəm. Uzaqda olsam da, ürəyim yanınızdadır".

Qeyd edək ki, S.Nur uzun illərdir Amerikada yaşayırdı. Bir neçə ay əvvəl Bakıya qayıdan S.Nura vəzifə verilmişdi. Amma Səxavətin Azərbaycandakı fəaliyyəti uzun müddət davam etməyib. O, yenidən işdən çıxıb və xaricə köçüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...