Türkiyədə əməliyyat olunan Vüsalədən xoş xəbər FOTO

Aparıcı Vüsalə Əlizadə ötən gün Türkiyədə əməliyyat olunub. SİA-nın məlumatına görə, aparıcı artıq vətənə geri dönür. Bu haqda Vüsalənin özü xəbər verərək, səhhətinin hazırda yaxşı olduğunu qeyd edib: "Həyatda can ağrısı qədər ağır bir yük yoxdur. Bu gün vətənimdəyəm, inşaAllah. Çox yaxşıyam, Allahıma şükürlər olsun".

Xatırladaq ki, "Dəb mənəm" verilişinin aparıcısının səhhətində bir neçə gün öncə problemlər yaranıb. Bunun üçün o, İstanbula yola düşüb. Vüsalə özəl xəstəxanaların birində əməliyyat olunub.

Qeyd edək ki, Vüsalə uzun illər əvvəl böyrəyindən əməliyyat olub. O, hazırda anasının böyrəyi ilə yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...