Əməkdar artistlər barışdı FOTOLAR

Əməkdar artistlər Röya Ayxanla Abbas Bağırov küsülülüyə son qoyub. SİA-nın məlumatına görə, bu haqda Röyanın özü xəbər verərək, həmkarı ilə birgə fotolarını paylaşıb. O, şəklə bu sözləri yazıb: "Arada küsərəm, amma könlümü də almağı bacarır. Səbəbdə ki, yalnız bir şey olur. Onu kefsiz görəndə küsürəm. Çünki mənim enerji mənbəyimdir".

Bağırov da Röyanın paylaşımına belə cavab verib: "Mənim əzizim, biz o dostlarıq ki, bir-birimizə qarşı və ümümən bizi çox sevənlərə qarşı səmimiyik. İş orasındadır ki, biz istənilən insanlara qarşı səmimiyik və bu səmimilik də 20 ildən çoxdur bizi belə mehriban, sadiq dost edir. Səni sevənlər səni boş yerə sevmir, çünki sən özünsən, özün kimisən, özünə oxşadırsan. Var ol".

Qeyd edək ki, Röya ilə müğənni Xəyyam Nisanovun da küsülü olduğu ortaya çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə