Röya Anarla boşanmasından danışdı VİDEO

Əməkdar artist Röya Ayxan yeni çəkdirdiyi "Problemdir sevgimiz" klipindən danışıb. SİA-nın məlumatına görə, müğənni verilişlərin birində açıqlamasında bildirib ki, mahnı həyat yoldaşı Anar Cəlilovdan ayrılan ərəfədə yazılıb: "Mahnı bəlkə tutdu, bəlkə də yox. Amma iç dünyaları yaxın olanlar bəyənəcək. Təkcə Röya üçün yox, hamı üçün problemdir. Problemlər hamımızın həyatında var. Sevmək əvvəl daha gözəl idi. Bəlkə də indi qocalmışam. Deyirsən ki, oğlan gedib nəsə danışar. Problem varsa, bir-birinə zəng vurmamışam. Hamısından keçmişəm, alan alıb, satan satıb".

Röya boşanmasından da söz açıb: "Biz həyat yoldaşımla ayrılanda dedi ki, sən baş vur boşanmaq üçün. Çünki kişi boşansa, daha pis söz-söhbətlər çıxacaq. Bəlkə başqaları ayrılanda fərqli olur, amma mən pis keçirirəm".

Son vaxtlar görünüşündə çox dəyişikliklər etmədiyini deyən Röya qaşlarını belə almadığını açıqlayıb: "Get-gedə özümdə heç nə düzəltmirəm. Neçə aydır qaşımı da almıram. İstəmirəm. Problemim ancaq burun idi. Onu da kəsdirdim".

Bütün xəbərlər Facebook səhifəmizdə