Kərimdən Elzaya: "Oxumağın bərbat, şeir yazmağın fəlakət" VİDEO

Əməkdar artist Elza Seyidcahanla müğənni Kərim Abbasov üz-üzə gəlib. SİA-nın məlumatına görə, hər iki müğənni prodüser-aparıcı Tarix Əliyevin (Tolik) idarə etdiyi verilişə dəvət olunub. Tolik Seyidcahanın proqrama Kərimə görə gəlmədiyini bildirib: "Əvvəl ona deyilmədi ki, Kərim qonaq olacaq. Anonsumu gördükdən sonra bildirdi ki, Kərim olan verilişə gəlmirəm. Dedi ki, Kərim mənim statusuma uyğun deyil".

Kərim aparıcının bu sözlərindn sonra Elzanın ünvanına sərt sözlər deyib: "Bu yaxınlarda bir toyda idim. Elza xanım gəldi, yaxınlaşdım, üzündən öpdüm. Gördüm qadın soyuq davranır. Öyrəndim ki, bir ifaçını tərifləməyimdir. Əgər siz nahaq danışırsınızsa, mən haqqın yanındayam. Siz gözəl bəstəkarsınız, Damla sizdən gözəl ifa edir. Səviyyəyə gəldikdə isə... İlhamə Quliyeva deyirdi, oxumağın bərbat, şeir yazmağın fəlakət. Açın qara-qura şeirlərinizə baxın, görün sizi nə günə qoyurlar. İndi görün kimdir səviyyə baxımından yuxarıda. Səviyyədən danışmayın. Mən danışsam, pis olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə