Efirdə məşhurlar arasında dava düşdü VİDEO

Verilişlərin birində qalmaqallı anlar yaşanıb. SİA-nın məlumatına görə, Gülnar Soltanova adlı iştirakçısı fars mahnısı oxumasını xalq artisti Nazpəri Dostəliyevanın xoşuna gəlməyib. O, iştirakçıya Azərbaycan mahnıları oxumağı məsləhət görüb.

Əməkdar artist Elza Seyidcahan isə Gülnarın geyim tərzini ələ salıb. O, səhnəyə bu görünüşdə çıxmağın yanlış olduğunu bildirib: "Elə bil ki, sementlə qum qarışdırmaqdan gəlmisən. Divar tikirdin, lapatkanı qoyub gəlmisən ki, mahnı oxuyum. Saçını yumamısan elə bil. Səhnəyə şalvar, köynək, o corabla gəlirlər? Səhnəyə hörmətsiz geyimdir. Olmaz belə bir şey. Söhbət imkansızlıqdan getmir. Hara baxırsan paltardı. Əvvəl idi paltar tapmırdıq".

Prodüser Asif Kərimov isə Gülnarın onun tələbəsi olduğunu və bu cür geyimin onun seçimi olduğunu söyləyib: "Gülnar iki ildir mənlə məşğul olur, bu sənətdə hələ yenidir. Onun məndən icazəsiz başqa mahnı oxumağa, geyim geyinməyə ixtiyarı yoxdur. İstəmişəm diqqət onun oxumağında qalsın. Bu gün bu belə geyinməsəydi, bu qədər danışmayacaqdınız. Siz onu reklam etdiniz. Bu da mənim prodüserlik işim".

Elza isə prodüserə cavabında bu sözləri deyib: "İnsan ilk dəfə necə görünürsə, elə də yadda qalır. Mənim yadımda bu qız sement qarışdıran kimi yadda qaldı".

Bütün xəbərlər Facebook səhifəmizdə