İtaliya gözəlinin bir gözünü kor edən sevgilisi 15 il həbs olundu

İtaliya gözəli Gessica Notaronun üzünə kimyəvi maddə ataraq bir gözünü kor edən sevgilisi Edson Tavares 15 il 5 ay 20 gün müddətinə həbsə göndərilib. Teleqraf.com xəbər verir ki, Edson sevgilisinin üzünə kimyəvi maddəni 2017-ci ilin yanvar ayında atıb. Səbəb 2007-ci ildə İtaliya gözəli seçilən Notaronun ondan ayrılması olub. Hadisədən dərhal sonra həbs edilən Edsona prokuror 18 il həbs cəzası istəmişdi.

“Məhkəmədə hökm oxunarkən Edson dönüb mənə baxdı. Baxışları təxribatçı idi. Mən münasibətimizin bu şəkildə bitməsini arzu etmirdim. 3 il birgə yaşamışdıq. Ancaq belə olmasını o özü istədi”, - məşhur model deyib.

Qeyd edək ki, Notaro bu hücumdan sonra İtaliyada qadınlara edilən zorakılığa qarşı mübarizənin simvoluna çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə