Rahidə Baxışova: "28 ildir atamı axtarıram" VİDEO

Müğənni Rahidə Baxışova "Unuda bilmirəm" rubrikasının qonağı olub. SİA-nın məlumatına görə, ifaçı 28 ildir atasının itkin düşdüyünü deyib. Sənətçi atasını axtardığını söyləyib: "10 yaşımda itirdim atamı. 1990-cı il idi, getdi və qayıtmadı. Nə ölüsünü, nə də dirisini tapdıq. Anası, atası, qardaşları, biz çox axtardıq, amma tapmadıq. Düşünürəm ki, dünyasını dəyişib.

Həyatda olsaydı, mütləq bizi axtarardı. Onun qızı tanınmışdır, axtarardı. Həmişə onun ruhuna dualar edirəm. 20 yanvar hadisələri ərəfsində itdi. Anam xəstəxanalara, morqa getdi, alınmadı.

Anam 4 uşağı saxlamaq üçün 4 yerdə işləyirdi. Bağçada, ofisdə yemək bişirirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə