"Xatunun atası heç kimdən üzr istəməyib" FOTO

Müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətəliyeva arasındakı söz-söhbət bitmək bilmir. SİA-nın məlumatına görə, rəqqasənin "Xatunun atası məndən üzr istədi" sözlərinə qarşı tərəfin köməkçisi Pənah Eldar cavab verib: "Bu mövzuda qarşı tərəfin danışdıqları və yazdıqları uydurmadır. Xatun xanımın atası heç kimdən üzr istəməyib. İfaçı bu mövzuda haqlı olduğu halda nə özünün, nə də ailə böyüyünün üzr istəmək üçün bir səbəbi var. "Üzr" mövzusu ayrı bir yalandı və qanun yolu ilə bunun axırına gediləcək.

O ki, qaldı Xatun xanımın susmağına... Onun hər çağırılan efirə bu mövzu ilə çıxmağa ehtiyacı yoxdur. O, ən azı 1 və ya 2 dəfə açıqlamalar verib, dediklərinin də arxasındadır. Ucuz və cılız söhbətləri aydınlaşdırmağa nə onun vaxtı var, nə də o xarakterin adamıdır. Hər yazılanı reklama çevirmir.

Məhkəmə işini qarşı tərəf başladıb. Sona kimi gediləcəksə, sona kimi də haqq özünü göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə