Fatimə Xatunu susdurdu: "Atası məhkəmədə məndən üzr istədi"

Rəqqasə Fatimə Fətəliyeva müğənni Xatun Əliyevanın "Məhkəmə Fatimənin iddiasını rədd etdi" sözlərinə münasibət bildirib. SİA-nın məlumatına görə, rəqqasə ifaçının atasının ondan üzr istədiyini bildirib: "Məhkəmənin qərarı son deyil. Özümü uduzmuş yox, qalib hesab edirəm. Ona görə ki, Nərgizin "Xatunun" atası məndən proses boyu üzr istədi. Proses zamanı, Aydın bəyə söylədim ki, siz atasız, böyüksüz. Sizin nə günahınız var ki, övladınıza görə məndən üzr istəyəsiz. Təşəkkür etdiyi vəkili də mənim vəkilimlə 2 iclas barışıq sazişi müzakirə edib.

Bir hakimin fikri də həqiqət deyil. Bir hakim qərar qəbul edib deyə, bunu həqiqət deyib elan etmək lazım deyil. Qanundan danışırıqsa, qanunlarda 3 hakimin baxdığı apellyasiya, kassasiya məhkəmələri var. Hələ heç nə bitməyib. Amma yenidən təkrar edirəm, mən özümü qalib hesab edirəm. Çünki Nərgizin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, yəni atası, ağsaqqalı məhkəmədə üzr istədi. Mən ona görə qalibəm ki, ən azı dediyim sözlərin arxasında dururam. Dedimsə, çəkinmirəm. Əsl həqiqət budur ki, qətnamədə deyilir, "Xatun, yəni Əliyeva Nərgiz mənim barəmdə heç nə deməyib".

Deyirəm ki, açıq adımı çəkməklə də deyə bilməz. Mətbuatda barəmdə adımı çəkməyərək, məktəb uşağı kimi çəkinə-çəkinə eyhamla söz ata bilərlər. Nə qədər ki, adımı dillərinə ala bilmirlər, mən qalibəm, onlar yox. Əgər Xatun barəmdə heç nə deməyibsə, mətbuatda şərəfə, ləyaqətə toxunacaq və bunu etiraf etmirsə, deməli mən qalibəm".

Qeyd edək ki, Xatun Fatiməni qohumunun toyuna dəvət edib, amma onlar məbləğdə razılaşmayıblar. Sənətçilər arasında bundan sonra qalmaqal başlayıb. Rəqqasə müğənnini məhkəməyə verib. Fətəliyeva bildirib ki, onu məbləğ maraqlandırmır, şərti Xatunun efir vasitəsilə ondan üzr istəməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə